İranda doqquz yaşlı uşaq polisin atdığı güllənin qurbanı oldu – FOTO

Dünya


İranda 9 yaşlı uşaq polisin atdığı güllənin qurbanı olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Şüştər şəhər Polis İdarəsinin əməkdaşlarının içərisində sərnişinlər olan minik avtomobilinə atəş açması nəticəsində Murtaza Dolf Zərqani həlak olub.

Uşağın atası polisin heç bir xəbərdarlıq etmədən atəş açdığını deyib.

“Güllə oğluma dəydi və o, yerindəcə həlak oldu”, – deyə o, əlavə edib.

Polislər isə avtomobilin hərəkətinin qarşısını almaq üçün “qanununu icra etdik”lərini bildiriblər.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir