Kanadanın baş naziri Castin Trüdo Ukraynaya elan olunmamış səfər edib.
O, Kiyevə Ukrayna ordusunun Rusiya qoşunlarını ölkənin işğal olunmuş şərq və cənub bölgələrindən sıxışdırıb çıxarmaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatını gücləndirməsi fonunda yollanıb.
Qeyd edək ki, səfərlə bağlı hələlik rəsmi təsdiq yoxdur, bununla belə sosial şəbəkələrdə baş nazirin Ukrayna paytaxtından görüntüləri yayılıb.
Mənbə: RBK Ukraina
www.102info.az