ABŞ konqresmenləri qanun layihəsi təqdim etdilər: “Rusiya terrorizmin sponsoru kimi tanınsın”

Dünya


Kaliforniyalı demokrat Ted Lye və ikipartiyalı qrupdan olan digər konqresmenlər Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına salınması üçün Konqresə qanun layihəsi təqdim ediblər.

Kaliforniyalı demokrat Ted Lye bununla bağlı öz saytında sənəd dərc edib.   

Təşəbbüskarlar hesab edirlər ki, bu, Rusiyanın daha çox təcrid edilməsinə və ona əlavə iqtisadi ziyan vurulmasına imkan verəcək.

Rusiya Xarici İşlər Nazirliyi isə daha əvvəl xəbərdarlıq etmişdi ki, belə bir təşəbbüsün həyata keçirilməsi sərt cavablara gətirib çıxara, dövlətlər arasındakı münasibətlər isə tamamilə pozula bilər.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir