Türkiyə hərbçiləri İraqda şəhid olublar – FOTO

Dünya


İraqın şimalında partlayıcının işə düşməsi nəticəsində iki Türkiyə hərbçisi həlak olub.

Bu barədə bazar günü Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“2023-cü il iyunun 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən quraşdırılmış kustar yolla hazırlanmış partlayıcının işə salınması nəticəsində iki qəhrəmanımız yaralanıb. Onlar xəstəxanaya aparılıb. Lakin hərbçiləri xilas etmək mümkün olmayıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İraqın şimalında “Pəncə-Kilid” transsərhəd əməliyyatı ötən ilin aprelində başlayıb və məqsədi bölgəni orada yerləşən PKK yaraqlılarından təmizləməkdir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir