Rusiyanın Rostov şəhərində yerləşən “Rostselmaş” müəssisəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin şəhər administrasiyasının mətbuat xidməti bildirir ki, Menjinski küçəsində yerləşən müəssisədə 80 kvadratmetr sahədə təkərlər yanıb. İlkin məlumata görə, ölən olmayıb. İdarənin əməkdaşları yanğının lokallaşdırıldığını bildiriblər.
Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, “Rostselmaş” Rusiyada kənd təsərrüfatı texnikasının ən iri istehsalçısıdır.
Mənbə: mk.ru
www.102info.az