UFC-nin ən yaxşı qadın döyüşçüsü karyerasını bitirdi – FOTO

Dünya


Ultimate Fighting Championship (UFC) turnirlərində yüngül çəkidə çempion olan braziliyalı Amanda Nunyes karyerasını başa vurduğunu açıqlayıb.

Bazar günü o, Vankuverdə (Kanada) keçirilən 289-cu UFC turnirinin əsas yarışında meksikalı İrene Aldananı məğlub edib. Nunyesin qələbəsi yekdil qərarla verilib.

Döyüşdən dərhal sonra 35 yaşlı Amanda “Bu gecə ayrılmaq üçün heyrətamiz bir gecədir”, – deyərək əlcəklərini iki çempionluq kəmərinin yanına asıb.

Qeyd edək ki, qarışıq döyüş sahəsində Nunyesin 23 qələbə və 5 məğlubiyyəti var. Çəki dərəcələrindən asılı olmayaraq o, liqanın ən yaxşı idmançısıdır.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir