Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin direktoru Matteo Bruni bildirib ki, Papa I Fransiskin laparotomiyadan sonra sağalması prosesi yaxşı gedir.
“Tibb işçiləri Papa Fransiskin əməliyyatdan sonrakı sağalmasının gedişatının normal olduğunu bildirirlər. Səhər o, televiziyada Müqəddəs Bazar mərasimini canlı izləyib. Sonra o, xəstəxanadakı kiçik kilsəyə gedərək dua edib”, – deyə Bruni məlumat verib.
Xatırladaq ki, iyunun 7-də 86 yaşlı Papa bir il ərzində ikinci dəfə qarın boşluğu əməliyyatı keçirib.
Mənbə: gazeta.ru
www.102info.az