Çində 2022-ci ildə təxminən 6,8 milyon nikah qeydə alınıb ki, bu da ölkədə belə statistikanın aparılmağa başladığı 1986-cı ildən bəri minimum göstəricidir.
Çinin Mülki İdarəetmə Nazirliyinə istinadən yayılan məlumata görə, təkcə son bir ildə ailə quranların sayı 803 min azalıb.
Həmçinin, ölkədə evlilik yaşı da artmaqda davam edir. Hazırda Çində insanların çoxu 27 yaşdan yuxarı ailə həyatı qurur.
Ekspertlərin sözlərinə görə, gənclərin evliliyə baxışları dəyişib. Onların bir çoxu artıq ailənin yaradılmasını və uşağın doğulmasını həyatda məcburi hadisələr kimi qəbul etmir. Bundan başqa, real həyatda evliliyin bahalaşması da gənclərin seçiminə təsir edir.
Xatırladaq ki, Çində maksimum nikah sayı 2013-cü ildə qeydə alınıb. O zaman 13,4 milyon cütlük nikah bağlayıb.
Mənbə: TASS
www.102info.az