ABŞ-dən daha altı ölkənin BMT Təhlükəsizlik Şurasına daxil edilməsi təklifi

Dünya


ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib.

Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib.

Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib.

Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlərin sayının genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir