İranda fəhlələr ağır iş şəraitlərinə etiraz olaraq aksiya keçiriblər – VİDEO

Dünya


İranda fəhlələr ağır iş şəraitlərinə etiraz olaraq aksiya keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Şuş Danyal şəhərində “Miyan Ab” şəkər qamışı şirkətinin işçiləri nümayiş keçiriblər. Onlar şirkətin özəlləşdirilməsinə etiraz edir və müəssisənin xalqa açılmasını tələb ediblər.

Etirazçılar, həmçinin iş yerlərində əmək və həyat təhlükəsizliyinin olmadığını vurğulayıblar.

Narazı işçilərin sözlərinə görə, ölkədə yoxsulluq həddi 18 milyon tümən (730 manat) elan edildiyi halda, 6 milyon tümən (243 manat) aylıq maaşla işləməyə məcbur qalıblar.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir