Rusiyanın Sankt-Peterburq şəhərinin “Pulkovo” hava limanında arıların hücumu səbəbindən uçuşlar təxirə salınıb.
Sankt-Peterburq-Kazan reysinin uçuşunun həyata keçirilməsi mümkün olmayıb, çünki sərnişinlərin keçməli olduğu yol arı sürüsü ilə örtülüb.
Aeroport işçiləri hesab ediblər ki, belə şəraitdə insanları təyyarəyə buraxmaq təhlükəlidir. Bu səbəbdən problem aradan qaldırılana qədər uçuş təxirə salınıb.
Həmçinin Sankt-Peterburq-Moskva reysinin uçuşu da həyata keçirilməyib.
Mütəxəssislər arıların yerini dəyişməyə çalışırlar.
Mənbə: “112” “Telegram”
www.102info.az