Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 2022-ci ilin martından işğal altında olan Storojevoye kəndini azad edib.
Bu barədə müdafiə nazirinin müavini Qanna Malyar xəbər verib.
Bildirilir ki, əməliyyat zamanı 50-yə yaxın rusiyalı hərbçi məhv edilib, dörd nəfər əsir götürülüb.
“Bu gün dövlət bayrağı yenidən Storojevoye üzərində dalğalanır. Bu biz bütün Ukrayna torpaqlarını azad edənə qədər hər yaşayış məntəqəsində belə olacaq”, – deyə o əlavə edib.
Müdafiəçilər azad edilmiş yaşayış məntəqəsindən video yayımlayıblar.
www.102info.az