Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna ordusunun bir neçə gündür apardığı əks-hücum əməliyyatı nəticəsində artıq Donetsk və Zaporojyedə bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib.
Qeyd olunub ki, Kiyevdə sakitlik hökm sürsə də, hərbi mənbələr xəbərdarlıq edirlər ki, əks-hücum əməliyyatının davam edəcəyi təqdirdə bura da Rusiya ordusunun hava hücumuna məruz qala bilər.
O da bildirilib ki, Zaporojyedə azad olunan yaşayış məntəqələrində girovluqdan xilas olanlar arasında azərbaycanlılar da var.
“Həmyerlimiz Ruslan Əliyev bu müddətdə Rusiya hərbçiləri tərəfindən işgəncələrə məruz qalıb”, – deyə jurnalist əlavə edib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az