Yaponiya hökuməti ilə özəl şirkətlər Ukraynaya kömək məqsədilə şura yaradıblar

Dünya


Tokio Ukraynaya minaların və dağıntıların təmizlənməsində, həmçinin yenidənqurma işlərində hərtərəfli yardım göstərməyə davam edəcək.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib.

“Yaponiya müxtəlif sahələrdə, o cümlədən müdafiə məqsədləri üçün avadanlıqların verilməsində hərtərəfli yardım göstərir”, – deyə baş nazir əlavə edib.

Onun sözlərinə görə, bu yaxınlarda hökumət və Yaponiyanın özəl şirkətləri Ukraynanın iqtisadi dirçəlişinin təşviqinə hazırlıq üzrə şura yaradıblar.

Mənbə: RT

www.102info.az