Messi Çini bir-birinə vurub: Ulduz futbolçu ilə eksklüziv axşamın qiyməti elan olunub

Dünya


Çində dələduzlar ulduz futbolçu Lionel Messinin ölkəyə səfərindən sui-istifadə edərək pul qazanmaq niyyətinə düşüblər.

Fırıldaqçılar sosial şəbəkələr üzərində yerləşdirdikləri elanda Lionel Messi ilə eksklüziv görüş təşkil etdiklərini iddia ediblər. “Görüş”ün qiyməti isə 39 min avrodur.

Artıq Çinin aidiyyəti qurumları vətəndaşları oxşar elanlara inanmamağa və diqqətli olmağa çağırıb.

Xatırladaq ki, iyunun 15-də Argentina yığması Pekində Avstraliya millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Mənbə: La Gazzetta dello Sport

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir