Tramp formal olaraq həbs olundu

Dünya


ABŞ-nin keçmiş prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün işləmədiyinə görə ittiham olunmazdan əvvəl formal olaraq həbs edilib.

O, Mayamidə Floridanın Cənub Dairəsi üzrə məhkəməyə ifadə verib. Keçmiş Amerika lideri məhkəmə binasına daxil olduqdan sonra formal olaraq həbs olunub. Trampın barmaq izinin alındığı, lakin şəklinin çəkilmədiyi bildirilir.

Hakim Trampın hüquqlarını elan edib, bundan sonra eks-prezidentin vəkilləri ittiham aktı ilə tanış olmalı olublar. Trampın bütün ittihamlar üzrə özünü təqsirli bilmədiyi vurğulanıb. Bundan sonra o, girov ödəmədən azadlığa buraxılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir