İranda təqaüdçülərin aksiyası davam edir – FOTO

Dünya


Təbrizdə və Zəncanda rabitə sahəsində çalışmış təqaüdçülər aksiya keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranın Təqaüdçülər Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, İranın ən azı 16 şəhərində telekommunikasiya sahəsində işləmiş narazı sakinlər toplaşaraq təqaüdlərinin ödənilməməsinə etiraz ediblər. Onlar bildiriblər ki, qanunla ödənilməli olan təqaüd haqlarını ala bilmirlər.

Məlumata görə, eyni vaxtda Təbriz, Zəncan, Şiraz, Dezful, Ərak, Məşhəd, Zahidan, Əhvaz, Şəhrikürd, Rəşt və Yəsuc şəhərlərinin rabitə idarələri qarşısında mitinqlər təşkil edilib.

Etirazçılar qeyd ediblər ki, təqaüdləri ödənməsə, etiraz aksiyaları davam edəcək.

Qeyd edək ki, artıq bir aydan artıqdır ki, İranın müxtəlif şəhərlərində təqaüdçülər aksiya keçirirlər.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir