İranlı deputat: “Metsamor AES-in tullantılarına görə Ərdəbildə xərçəngə tutulanların sayı artıb” – FOTO

Dünya


“Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) tullantılarının Araz çayına axıdılmasından sonra xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı artıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.

O, Metsamor AES-in, “National Geographic” jurnalına görə, dünyanın ən təhlükəli elektrik stansiyası hesab edildiyini xatırladıb:

“AES Arazın keçdiyi əraziləri, xüsusilə də Ərdəbili çirkləndirir. Bu isə insanlarda mədə xərçəngi və həzm xəstəlikləri yaradır”, – deyə politoloq bildirib.

“Bu yaxınlarda Ərdəbil Tibb Elmləri Universitetinin səhiyyə prorektoru Məhəmməd Cəfərzadə Ərdəbilin  əhalisinin sayına görə 22-ci əyalət olduğunu, lakin ölkədə həzm və mədə xərçəngindən əziyyət çəkən insanların sayına görə birinci olduğunu bildirib. Bunun səbəbləri araşdırılmalıdır”, – deyə Ərdəbildən seçilmiş millət vəkili qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir