Ağ Ev Baydenin səhhəti ilə bağlı açıqlama verdi

Dünya


Ağ Ev diş müalicəsi səbəbi ilə proqramları ləğv edilən ABŞ Prezidenti Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Karin Jan-Pyerin sözlərinə görə, Bayden diş ağrısından əziyyət çəkir və bu səbəbdən lokal anesteziya ilə diş kanalının müalicəsi aparılır. O, həmçinin prezidentin əməliyyatının uğurlu keçdiyini, bunun adi bir prosedur olduğunu, özünü yaxşı hiss etdiyini və bir gün ərzində öz iqamətgahından işlərə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ağ Ev səhər saatlarında Baydenin əvvəlcədən elan edilmiş proqrama qatıla bilməyəcəyini açıqlayıb. Bununla bağlı Baydenin NATO Baş katibi Yens Stoltenberqlə planlaşdırılan görüşü və digər proqramlarının da təxirə salındığı bildirilib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir