Rusiya Ukraynada “sanitar zona” yarada bilər

Dünya


Rusiya öz regionlarının atəşə tutulması davam edəcəyi təqdirdə Ukrayna ərazisində “sanitar zona”nın yaradılması məsələsinə baxacaq.

Bu barədə çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Əlbəttə, Ukrayna ərazisindən bizim ərazimizin atəşə tutulması ehtimalı qalır. Bunu həll etməyin bir neçə yolu var: Birincisi, əks-aktareya döyüşünün effektivliyini artırmaq. Amma bu, o demək deyil ki, hücumlar olmayacaq. Əgər belə davam edərsə, biz yəqin ki, bu məsələyə baxmalı olacağıq. Ukrayna ərazisində elə bir məsafədə hansısa sanitar zona yaratmaq lazımdır ki, ərazimizə müdaxilə etmək mümkün olmasın”, – deyə dövlət başçısı hərbi jurnalistlərlə görüşündə bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir