Rusiyanın Sankt-Peterburq şəhərində dairəvi yol və metronun “Kupçino” stansiyası yaxınlığında sənaye binasında yanğın baş verib.
İlkin məlumatlara görə, yanğın Vitebsk prospektindəki sənaye binalarından birində başlayıb. Hadisə yerində yanğınsöndürənlər çalışırlar.
Hələlik yanğının nə qədər ərazini əhatə etdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.
Mənbə: RT
www.102info.az