Ukraynanın Krivoy-Roq şəhəri raket atəşinə tutulub: Mülki əhali arasında ölənlər var – VİDEO

Dünya


Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy-Roq şəhərini raket atəşinə tutub.

Atılan raketlərdən biri beşmərtəbəli yaşayış binasına düşüb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, binaya hücum nəticəsində üç nəfər ölüb, 25 nəfər yaralanıb.

“Yeddi nəfər dağıntılar altında qalıb. Xilasedicilər onları axtarırlar. Hücum nəticəsində altı avtomobilə ziyan dəyib”, – deyə Sergey Lısak əlavə edib.

Mənbə: Unian

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir