Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazarda yanğın baş verib – VİDEO

Dünya


Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Hadisə barədə ilk məlumat Rusiyanın “Telegram” kanallarında dərc edilib.

Hələlik Rusiya Fövqəladə Hallar Nazirliyi insidentlə əlaqədar hər hansı məlumat verməyib.

Hadisə şahidlərinin məlumatında görə, yanğın bazardakı pavilyonlardan birində baş verib.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

Mənbə: Baza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir