ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkə valyutası üzrə növbəti faiz qərarını açıqlayıb.
Əsas faiz dərəcəsinin dəyişilməz olaraq qaldığı bildirilib.
Qeyd edək ki, hazırda ABŞ dolları üzrə əsas faiz dərəcəsi 5 – 5,25% aralığındadır.
Həmçinin, FED ABŞ-nin 2023-cü il üçün ÜDM artımı proqnozunu 0,4%-dən 1%-ə qaldırıb, 2024-cü il üçün isə 1,2%-dən 1,1%-ə qədər azaldıb.
Ölkədə işsizlik səviyyəsi ilə bağlı proqnoz 2023-cü ildə 4,5%-dən 4,1%-ə qədər, 2023-cü il üzrə inflyasiya proqnozu isə 3,3%-dən 3,2%-ə qədər yaxşılaşdırılıb.
Qeyd edək ki, FED gələcəkdə mümkün faiz artımını istisna etməyib.
Mənbə: Haber Global
www.102info.az