Xorvatiya Millətlər Liqasında ilk finalçı oldu – VİDEO

Dünya


UEFA Millətlər Liqasında “Dördlər finalı”na start verilib.

İlk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib. Rotterdamdakı “Feyenoord stadionu”nda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb – 4:2.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Doniell Malen açıb. Andre Kramariç 55-ci dəqiqədə tarazlığı bərpa edib.73-cü dəqiqədə Mario Paşaliç xorvatiyalıları önə keçirib. Lakin əsas vaxta əlavə olunmuş sonuncu – 6-cı dəqiqədə “narıncılar” bərabərlik qolunu vura biliblər. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə Bruno Petkoviç uzaq məsafədən baxımlı qolla hesabı yenidən qonaqların xeyrinə dəyişib. Son nöqtəni isə 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Luka Modriç qoyub.

Beləliklə, Niderland seçməsinə qalib gələn Xorvatiya finalda İspaniya – İtaliya cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
14 iyun

22:45. Niderland – Xorvatiya – 2:4 (ƏLAVƏ VAXTDA – 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”

Qeyd edək ki, “Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir