Livanın birpalatalı parlamentinin deputatları çərşənbə günü 12-ci dəfə respublika prezidentini seçə bilməyiblər.
Bildirilir ki, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və xristian “Əl-Marada” partiyasının lideri, keçmiş daxili işlər naziri Süleyman Toni Franje birinci turda lazımi sayda səs toplaya bilməyiblər.
Məlumata görə, 128 deputatdan 59-u Azura, 51-i Franjeyə səs verib. Birinci turda qalib gəlmək üçün namizəd səslərin üçdəikisini (86), ikinci turda isə sadə səs çoxluğunu (65) toplamalıdır.
Livanda ən yüksək hökumət postu 31 oktyabr 2022-ci ildən – general Mişel Aun altıillik səlahiyyət müddətinin sonunda prezident sarayını tərk etməsindən bəri boşdur.
Mənbə: Əl Hadath
www.102info.az