İranın taekvondo üzrə milli yığmasının üzvü Fatimə Ruhani Almaniyadan sığınacaq istəyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, o, Cənubi Koreyanın İnçeon şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanan keçmiş taekvondoçulardan biridir.
Xatırladaq ki, Fatimə Ruhani ilə yanaşı son illərdə İran milli komandasının müxtəlif idman sahələrində medallar qazanan üzvləri də xarici ölkələrə sığınıblar. İdmançıların artan bu miqrasiyaları hazırda ölkə ərazisində baş verən etirazlara qarşı repressiyaların güclənməsi ilə bağlıdır.
www.102info.az