Azərbaycanı III Avropa Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Polşada ölkəmizin idman şərəfini 86 idmançı qoruyacaq.
Atletlərimiz idmanın 13 növü – oxatma, badminton, çimərlik futbolu, boks, qılıncoynatma, cüdo, karate, muay-tay, kikboksinq, padel, atıcılıq, taekvondo və triatlon üzrə yarışlarda mübarizə aparacaqlar.
III Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançıların tam siyahısı belədir:
Atıcılıq – Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı;
Badminton – Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha;
Boks – Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva;
Cüdo – Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova;
Çimərlik futbolu – Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov;
Kamandan oxatma – Yaylagül Ramazanova;
Karate – Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva;
Kikboksinq – Elşad Şahbazov, Fərid Ağamoğlanov;
Qılıncoynatma – Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev;
Muay-tay – Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova;
Padel – Nərminə Bağırova, Samirə Əliyeva;
Taekvondo – Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova;
Triatlon – Rostislav Pevtsov.
Qeyd edək ki, iyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunlar müxtəlif növlər üzrə Polşanın 8 ayrı şəhərində keçiriləcək.
www.102info.az