İranda ötən gecə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir zabiti öldürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, hadisə Kirmanşah əyalətinin İslamabad Qərb şəhərində baş verib. Cihad qəsəbəsində bir şübhəlini həbs etmək istəyərkən atışma olub. Qarşıdurmada Mehdi Şahməleki ölüb, daha bir zabit isə ayağından yaralanaraq xəstəxanaya aparılıb.
Qeyd edək ki, Mehdi Şahməleki son iki gün ərzində Kirmanşahda öldürülən sayca ikinci SEPAH zabitidir.
www.102info.az