Kadırovun yaxın silahdaşı yaralandı: Çeçenistan rəhbərindən mükafat vədi

Dünya


“RF Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov yaralanıb, amma sağdır”.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın silahdaşının harada və nə vaxt yaralandığı açıqlanmır.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrində döyüşmüş politoloq Kirill Sazonov “Facebook”da Zaporojye vilayətində Delimxanovun kortejinin atəşə tutulduğunu yazmışdı. Onun sözlərinə görə, deputatla birlikdə onun 200-ə yaxın silahdaşı öldürülüb. Sazonovun sözlərinə görə, cəsədlər hadisəni gizli saxlamaq üçün helikopterlə çıxarılıb.

Ramzan Kadırov “Telegram” kanalında Delimxanovla əlaqə saxlanıla bilməməsi ilə bağlı paylaşım edib.

“Ukrayna kəşfiyyatından xahiş edirəm ki, hansı yer və hansı mövqelərin vurulduğu barədə məlumat versin ki, mən əziz qardaşımı tapa bilim. Səxavətli mükafat vəd edirəm və sizdən köməklik etməyinizi xahiş edirəm”, – deyə paylaşımda bildirilmişdi.

Mənbə: Zvezda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir