Soçi və Krasnodarda çaylar daşıb – VİDEO

Dünya


Soçinin Xosta rayonunda leysan yağışlar nəticəsində Matsesta çayı daşıb. Avtomobilləri, fərdi yaşayış evlərinin ərazilərini və binaların zirzəmilərini su basıb.

Krasnodar diyarının Otradnenski rayonunda isə Küvə çayı məcrasından çıxıb, 107 evi su basıb. Zərərçəkənlər barədə məlumat yoxdur. Əməliyyatçılar iş başındadırlar.

Mənbə: “Mash” “Telegram” kanalı

www.102info.az