Türkiyə Rusiyadan qaz asılılığını aradan qaldırır

Dünya


Türkiyənin Rusiya qazından asılılığı hazırda 36-37% təşkil edir və ölkə onu azaltmağa davam etmək istəyir.

Bunu cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin enerji və ətraf mühit departamentinin baş direktoru Burris Ekinci bildirib.

O, Vaşinqton Atlantik Şurasında Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə dair illik konfransa qatılıb.

“Əvvəllər Rusiyadan 60% qaz asılılığımız var idisə, indi bu göstərici 36-37% təşkil edir. Biz onu azaltmaqda davam etmək istəyirik. Xəzərdən, Şərqi Aralıq dənizindən, İraqdan yeni qaz mənbələrimiz olacaq. Son 30 il ərzində biz şaxələndirmə siyasəti aparırıq”, – deyə Ekinci bəyan edib.

Diplomat Rusiyanın təklif etdiyi qaz qovşağı məsələsinə də toxunub.

“Bəli, Rusiya Prezidenti Vladimir Putin qaz qovşağının yaradılmasını təklif edib. Amma əslində, belə bir qovşağın yaradılması istiqamətində işimiz uzun illərdir ki, davam edir. İndiyə qədər həyata keçirdiyimiz bütün layihələr, qaz qovşağının yaradılması ideyasının bir hissəsidir”, – o vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir