Yunanıstan klubu Azərbaycan millisinin baş məşqçisini sosial şəbəkədə paylaşımlarına görə qovub

Dünya


Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil Yunanıstanın PAOK klubundan qovulub.

42 yaşlı mütəxəssislə müqaviləyə azarkeşlərin təzyiqlərinə görə xitam verilib.

Buna Güneyligilin şəxsi “Instagram” hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.

Qeyd edək ki, PAOK bir neçə gün öncə türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Azərbaycan Voleybol Federasiyası mütəxəssislə üç aylıq müqavilə imzalayıb.

Mənbə: Milliyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir