Professor: “Müttəfiqliyimiz Türkiyə-Azərbaycan Beynəlxalq Universitetinin yaradılması ilə taclandı”

Dünya


“İki ölkənin qardaşlığı, strateji müttəfiqliyi Türkiyə-Azərbaycan Beynəlxalq Universitetinin yaradılması ilə bağlı imzalanmış müqavilə ilə taclandı”.

Bu sözləri “Report”un Ankara bürosuna Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetinin professoru Əmrulla Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, hərbi, müdafiə sənayesi və iqtisadi sahələrdə strateji əməkdaşlıq hər iki dövlətin daxili işlərinin gedişində, siyasətin formalaşmasında da özünü göstərməkdədir:

“Bu əlaqələr iki qardaş ölkənin prezidentləri arasındakı səmimiyyətə qədər gətirib çıxarıb. Ona görə də mayın 14-də və 28-də Türkiyədə keçirilən seçkilərin Azərbaycanda rezonans doğurması və bu seçkilərdə Azərbaycan cəmiyyətinin kimin tərəfində olması, məncə, aksiomdur”.

Professor bildirib ki, bütün bu münasibətlər nəticəsində yaranan müsbət enerji hər iki dövlət başçısının səmimi davranışlarında, iki qardaş xalqın dostluğunda təzahür etdiyi kimi, rəsmi protokollarda da öz əksini tapır:

“Ərdoğanın Azərbaycana dövlət səfərində də bütün bunlar təkrarlandı və bu şəkildə də davam edəcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir