Millətlər Liqası: İtaliya və İspaniya yarımfinal oyununa çıxırlar – AFİŞA

Dünya


UEFA Millətlər Liqasının “Dördlər finalı”nda bu gün ikinci finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.

Niderlandın Ensxede şəhərindəki “Tvente” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, ilk yarımfinal oyununda Xorvatiya millisi (4:2) Niderlanddan üstün olub və finala yüksəlib.

UEFA Millətlər Liqası

“Dördlər finalı”

Yarımfinal

15 iyun

22:45. İspaniya – İtaliya

www.102info.az

Spread the love