Türkiyə və İsveç NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirəcək

Dünya


İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström çərşənbə günü Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra bildirib ki, tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.

O, əlavə edib ki, tərəflərin alyansa üzvlük məsələsi üzrə danışıqları davam edəcək.

“Lakin biz məqsəddən uzağıq. Biz düzgün istiqamətdə addımlar atmışıq”, – deyə İsveç rəsmisi bəyan edib.

Stenström Türkiyə tərəfinə İsveçin bir il əvvəl Madriddə imzalanmış memorandumun bəzi hissələrini yerinə yetirdiyini və PKK ilə mübarizəyə daha çox diqqət yetirdiyini izah edib.

“Biz xoş bir atmosferdə nahar etdik və tezliklə bir-birimizlə yenidən görüşməyə razılaşdıq”, – diplomat yekunlaşdırıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir