Tokioda dünyada ən böyük “Harri Potter” qapalı əyləncə parkı açılıb – FOTO/VİDEO

Dünya


Tokioda “Harri Potter” filmlərindən ilhamlanan əyləncə parkı açılıb.

“The Warner Bros Studio Tour Tokyo – The Making of Harry Potter” adlı park dünyanın ən böyük qapalı “Harri Potter” attraksionudur. Burada Hoqvarts Məktəbinin dekorasiyaları və ziyarətçilərə özlərini “Harri Potter” filmlərinin iştirakçıları kimi hiss etməyə imkan verəcək texnologiyalar nümayiş olunur.

Xüsusilə, parkda hərəkət edən şəkillər diqqət çəkir.

Qeyd edək ki, Yaponiyadakı qapalı park dünyada ikinci belə attraksiondur. Onun ilk analoqu “Studio Tour London” 2012-ci ildə Londonda açılıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir