Rusiyada kişi ailəsinə bıçaqla hücum edib, sonra isə özünü eyvandan atıb.
Qorxunc hadisə Moskvada baş verib.
Bildirilir ki, kişi əvvəlcə ondan ayrılmaq istəyən arvadı ilə dava edib, ancaq yola gətirə bilmədiyini görüb bıçağa əl atıb. Bundan sonra yoldaşını hədələyib və qızını yaralayıb. Qadın soyuq silahı onun əlindən ala bilsə də, özü də yaralanıb. Nəticədə qadın uşağı azad edə və onunla birlikdə mənzildən qaça bilib.
Daha sonra hadisə yerinə polis gəlib. Kişi eyvanın açıq pəncərəsində oturub, intihar edəcəyini deyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı mənzilə daxil ola bilsə də, kişini saxlaya bilməyib, o özünü altıncı mərtəbədən atıb. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.
www.102info.az