Ötən gün Ukrayna gedən döyüş əməliyyatlarında yaralandığı deyilən Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovun yeni görüntüləri yayılıb.
Görüntülər Ramzan Kadırovun “Telegram” kanalında dərc edilib.
Videoda Ramzan Kadırovun Adam Delimxanovla, Maqomed Daudovla döyüş əməliyyatlarını müzakirə etdiyi əks olunub.
Çeçenistanın rəhbəri Ramzan Kadırov qeyd edib ki, A.Delimxanovun rəhbərlik etdiyi hərbi dəstələr onların qarşısına qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirirlər.
“Bəzi mətbuat nümayəndələrinə tövsiyə edirəm ki, təxribata uymasınlar”, – deyə R.Kadırov vurğulayıb.
www.102info.az