Rusiya Suriya ilə birgə hərbi təlimlər keçirəcək

Dünya


İyulun 5-də Suriyada Rusiya-Suriya hərbi təlimləri başlayacaq.

Bu barədə brifinqdə kontr-admiral Oleq Qurinov bildirib.

“İyulun 5-dən Suriyada 6 gün davam edəcək Rusiya-Suriya birgə təlimləri başlayır. Təlimlər zamanı aviasiya, hava hücumundan müdafiə qüvvələri və vasitələrinin, hava hücumlarının dəf edilməsində radioelektron müharibənin birgə hərəkəti məsələlərinin işlənməsi planlaşdırılır”, – deyə kontr-admiral bildirib.

Mənbə: Kommersant

www.102info.az