Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Yığma Fernando Dinizə tapşırılıb. Məlumatı Braziliya Futbol Konfederasiyasının rəsmi saytı yayıb.
49 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. 2024-cü ildə komanda hazırda “Real Madrid”i çalışdıran Karlo Ançelottiyə həvalə olunacaq. Bu barədə Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges bildirib.
Qeyd edək ki, “Fluminense” klubunun da baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.
www.102info.az