Bu gün Azərbaycan səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası və Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Tacikistan tərəfindən həmsədri, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizadə ilə görüşüb.
Bu barədə APA-ya Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində gələcək əməkdaşlıq məsələləri, o cümlədən sözügedən Komissiyanın cari ilin 7 iyul tarixində Bakıda keçiriləcək növbəti iclasının gündəliyinə daxil olan məsələlər müzakirə edilib.
www.102info.az