“Yuventus”dan ayrılan Anxel Di Mariyanın yeni klubu müəyyənləşib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, argentinalı futbolçu Portuqaliyanın “Benfika” klubuna keçib. 2022-ci il dünya çemponatının qalibi yeni komandası ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, keçən ilin yayında PSJ-dən “Yuventus”a keçən 35 yaşlı vinger ötən mövsüm Turin klubunun heyətində 40 oyun keçirib, səkkiz qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Di Mariya 2007-2010-cu illərdə “Benfika”nın uğurları üçün çalışıb.
www.102info.az