Böyük Britaniyada Consonla bağlı yeni təhqiqat başlanıb

Dünya


London polisi Britaniyanın keçmiş baş naziri Boris Consonun (2019-2022) iqamətgahında mümkün koronavirus qaydalarının pozulması ilə bağlı yeni təhqiqata başlayır və əvvəllər apardıqları növbəti araşdırmanı bərpa edir.

Bu barədə çərşənbə axşamı Skotland-Yardın yaydığı məlumatda deyilir.

Bildirilir ki, baş nazir pandemiya zamanı öz iqamətgahında dostları ilə görüşlər təşkil edərək koronavirus məhdudiyyətlərini dəfələrlə pozub.

Öz növbəsində, sabiq hökumət başçısının nümayəndəsi bildirib ki, görüşlər o vaxt qüvvədə olan qanunvericiliyə uyğun keçirilib.

Qeyd edək ki, məhz bu və digər qalmaqallar vaxtilə Consonun baş nazir vəzifəsindən istefasına səbəb olub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir