Batumidə keçirilən turnirdə iştirak edən karateçilər Vətənə qayıdıblar

Dünya


Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq karate turnirində iştirak edən Azərbaycan Karate-Do Federasiyasının üzvləri Vətənə qayıdıblar.

“Report”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idmançıların yaxınları, federasiya rəsmiləri, azarkeşlər, idman ictimaiyyəti, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Batumidə keçirilən karate çempionatında növbəti erməni təxribatı qeydə alınıb. Azərbaycanlı karateçi Alika Semihova finalda erməni rəqibinə qalib gəlib. Məğlub olduğu ilə barışmayan erməni karateçi ona əl uzadan idmançımızı vurub.

Daha sonra təxribat törədən erməni idmançı yarışdan kənarlaşdırılıb. Erməni idmançı həmçinin finalda təmsilçimizə uduzaraq qazandığı gümüş medaldan da məhrum olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir