Rusiya Xarkovu “İskəndər”lə vurdu: Çox sayda yaralı var – FOTO/VİDEO

Dünya


İyulun 4-də Rusiya ordusu Xarkov vilayətinin Pervomayski qəsəbəsini “İskəndər” raketi ilə vurub.

Bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

“Bizim məlumatlara və Fövqəladə Hallar Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının qənaətinə görə, bu, “İskəndər” tipli raket olub”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, işğalçılar yaşayış massivinə zərbələr endiriblər, zərbə yerinin yaxınlığında sənaye və hərbi obyektlər olmayıb.

Sinequbov əlavə edib ki, hazırda 10-u uşaq olmaqla 35 yaralı var.

Zərərçəkənlərin artacağı istisna edilmir.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir