Dünyanın diqqəti Zaporojye AES-də: İkinci Çernobıl faciəsinin astanasındayıq

Dünya


“Rusiyalı işğalçılar Zaporojye Atom Elektrik Stansiyasını (AES) partlatmaq və məsuliyyəti Ukraynanın üzərinə atmaqla hədələyirlər – onlar bu vəziyyətdən hərbi məqsədlər üçün istifadə etməyə çalışırlar”.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Rusiyanın Zaporojye AES-lə bağlı vəziyyəti gərginləşdirmək və ərazidə terror aksiyalarına əl atmaq istəməsinin səbəbi müharibənin gedişatını öz xeyrinə çevirmək cəhdidir.

“Hər iki ssenari – həm terror aktları ilə qorxudulma, həm də onların bilavasitə icrası – Rusiya Federasiyasının hərbi məqsədlərə çatması üçün alətdir. Bəs indi nə etməlisiniz? Sakit olun, yalnız rəsmi məlumat mənbələrinə etibar edin və onların tövsiyələrini diqqətə alın”, – deyə Anna Malyar vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ukraynanın dörd regionunda – Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində potensial mənfi nəticələri minimuma endirmək üçün təcili xidmətlər bir neçə gündür ki, təlimlər keçirirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, Ukraynanı təxribatda ittiham edib:

“Zaporojye AES-də vəziyyət kifayət qədər gərgindir, Kiyev tərəfindən fəlakətli nəticələrə səbəb ola biləcək böyük təxribat təhlükəsi var”, – deyə o bildirib.

Kremlin sözçüsü bu təhlükənin qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb.

Mənbə: Tsn.ua, Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir