İstanbulda partlayış: Yaralanan var – VİDEO

Dünya


İstanbulun Çekmeköy rayonunda binanın birinci mərtəbəsində təbii qaz sızması səbəbindən partlayış baş verib.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib.

Məlumata görə, insident nəticəsində bir nəfər yaralanıb. Kartal Təhsil və Araşdırma Yanıq Mərkəzinə aparılan şəxsin həyatına təhlükənin olmadığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TRT

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir