İsrailin Təl-Əviv şəhərində terror aktı baş verib.
Belə ki, terrorçu maşınla camaatın arasına girib, daha sonra bir nəfərin boynuna bıçaq zərbəsi endirib.
Hadisə Pinhas Rozen küçəsində baş verib. Azı beş nəfər yaralanıb. Onlardan 46 yaşlı qadının vəziyyəti ağırdır. Daha ikisinin vəziyyəti orta-ağır, birinin vəziyyəti yüngüldür.
Hücum edən şəxs hadisə yerində olan mülki şəxs tərəfindən güllələnib.
Hadisə yerinə tibb işçiləri cəlb olunublar, zərərçəkənlərə yardım göstərirlər.
Mənbə: Jerusalem Post
www.102info.az