Azərbaycanlı snayper Ukraynada adından söz etdirdi – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Zaporojye, Xerson, Donetsk, Xarkov, Nikolayev və Odessa vilayətləri Rusiya ordusunun hücumuna məruz qalıb.

Həmçinin qeyd edilib ki, Ukrayna ordusunun Zaporojye istiqamətindəki əks-hücum əməliyyatı yenidən intensivləşib.

Məlumata görə, Xersonda vəziyyət gərgin olaraq qalır:

“Şəhər Dneprin sol sahilindən kütləvi artilleriya atəşinə tutulub. Nəticədə yaşayış evi dağılıb və iki mülki şəxs həlak olub”.

O da bildirilib ki, Baxmutda Ukrayna ordusunun “Dəniz” ləqəbli azərbaycanlı snayperi son bir ay ərzində 10 rusiyalı hərbçini məhv edib. Onların arasında “Vaqner”çilər də var.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir